Böyrək transplantantın rədd edilməsi riskinin qiymətləndirilməsi üçün böyrək transplantasiyasında qısamüddətli nəticələrin retrospektiv təhlili

Açar sözlər

böyrək transplantasiyası
böyrək transplantantın rəddi
HLA uyğunluğu

Nasıl Atıf Yapılır

1.
Həşimova UF, Şolan RF, Qaysina AA, Səfixanova XM. Böyrək transplantantın rədd edilməsi riskinin qiymətləndirilməsi üçün böyrək transplantasiyasında qısamüddətli nəticələrin retrospektiv təhlili. Azerb. J. Physiol. 2024;39(1). doi:10.59883/ajp.84

Xülasə

Tədqiqat, konkret parametrləri qiymətləndirmə şkalasına daxil etməklə uyğunluq alqoritmini yaxşılaşdırmaq və transplantantın rədd edilmə risklərinin qiymətləndirilməsini təkmilləşdirmək üçün pasiyentlərin verilənlər bazası təhlilindən istifadə perspektivlərini araşdırmaq üçün aparılmışdır. Tədqiqatımız göstərdi ki, böyrək transplantantın sağ qalması üçün ən vacib amillər HLA uyğunluğu deyil, resipiyentlərin cinsi və donorların yaşıdır. Bu məlumatlar ümumi effektli nəticənin əldə edilməsinə yönəlmiş transplantasiya protokollarının, pasiyentlərin seçim meyarının və transplantasiyadan sonrakı qayğı strategiyalarının yaxşılaşdırması üçün əhəmiyyət kəsb edə bilər. Böyrək transplantantı olan xəstələrin klinik və laboratoriya göstəricilərinin müqayisəli təhlili nəticəsində çoxvariantlı proqnostik modelin hazırlanması üçün proqnozlaşdırmaya namizədlər aşkar edilmişdir, bu da xəstələrin idarə edilməsində və qərarların qəbulunda həlledici bir mərhələdir. Həmçinin aydın oldu ki, klinik və laboratoriya testlərinin standart dəstində məlumat kifayət qədər deyil, lakin riskin effektiv qiymətləndirilməsi və proqnozlaşdırılması üçün yeni innovativ biomarkerlərin axtarışı mühüm əhəmiyyət kəsb edir.

https://doi.org/10.59883/ajp.84
Creative Commons License

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.

Telif Hakkı (c) 2024 Azerbaijan Journal of Physiology

İndirmeler

İndirme verileri henüz mevcut değil.

Metrics

Metrics Loading ...