Siçovullarda yaddaşın yaranmasına kollapsin cavabının vasitəçiliyi edən zülal 2-nin stimullaşdırıcı təsiri

Açar sözlər

erkək və dişi Vistar xəttli siçovullar
məkik kamerası
dominant modeli
kollapsin cavabının vasitəçiliyi edən zülal 2
dolayı immun-enzim analizi

Nasıl Atıf Yapılır

1.
Mehdiyev A Əliövsəd, Həsənova M, Ələkbərova M. Siçovullarda yaddaşın yaranmasına kollapsin cavabının vasitəçiliyi edən zülal 2-nin stimullaşdırıcı təsiri. Azerb. J. Physiol. 2024;39(1). https://ajp.az/index.php/ajp/article/view/86

Xülasə

Məqalə erkək və dişi Vistar siçovullarda uzun müddətli yaddaşın yaranmasına kollapsin cavabının vasitəçiliyi edən zülal2-nin (KCVZ2) təsirinin öyrənilməsinə həsr olunub. Tədqiqatların 1-ci seriyasında erkək siçovullar audiogen stresə məruz qalmışdırlar və yalnız stresə qarşı dözümlü siçovullar sonrakı təcrübələr üçün seçilmişdir. Heyvanlar iki qrupa bölündü: 1) kontrol qrupu və 2) təcrübə qrupu. Təcrübə qrupu siçovulları məkik kamerasında səs siqnalı və pəncələrinə elektrik qıcığı tətbiq etməklə 6 gün ərzində təlimdən keçmişdirlər, halbuki kontrol heyvanlarına bu siqnallar təsadüfi ardıcıllıq ilə tətbiq edilmişdir. Düzgün cavabların 80% meyarına çatdıqdan sonra bütün heyvanlar evtanaziya olundu, baş beyindən hipokamp və sol təpə qabığı çıxarıldı və dolayı immuno-enzim analizi üsulu ilə KCVZ2 müəyyən edildi. Təcrübə heyvanlarının sol təpə qabığında KCVZ2-nin etibarlı artımı müşahidə olundu, halbuki hipokampında heç bir dəyişiklik müəyyən edilmədi. Tədqiqatların 2-ci seriyasında yem deprivasiyasında saxlanılan dişi siçovullar cüt şəklində  5 dəqiqə vaxt limitində 5 gün ərzində dominant davranışı qurğusuna yerləşdirildi. Yem qabığında sərf edilən vaxta əsasən, dominant və məğlub siçovullar müəyyən edildi. Tədqiqatların 3-cü silsiləsində dominant və məğlub siçovullar təklikdə şirin suyu ehtiva edən konteynera yerləşdirildi və 5 dəq ərzində passiv üzmək vaxtı qeyd olundu. Dominant fərdlərinə nisbətən məğlub siçovullarında passiv üzmək vaxtı 2,5 dəfə daha yüksək oldu. Tədqiqatların 4-cü seriyasında hər iki qrup siçovulları məkik kamerasında 6 gün ərzində təlimdən keçirildi və aşkar olundu ki, dominant fərdlərinə nisbətən məğlub siçovullar düzgün cavabların daha yüksək göstəricilərini əldə etdilər. Tədqiqatların 5-ci seriyasında dolayı immun-enzim analizi üsulu ilə dominant və məğlub siçovullarının amiqdalasında, hipokampında və sol təpə qabığında KCVZ2 səviyyəsi müəyyən edildi. Əldə edilmiş nəticələrə əsasən dominant fərdlərinə nisbətən məğlub siçovullarının sözügedən beyin nahiyələrində KCVZ2-nin daha yüksək səviyyələri müəyyən edildi. Yaddaş yaranmasına KCVZ2-nin səviyyəsi artırılmasının gücləndirici təsirinin göstərilməsi barədə nəticəyə gəlinir.

Creative Commons License

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.

İndirmeler

İndirme verileri henüz mevcut değil.