Lokal infeksion iltihabi xəstəliklərdə və sepsisli südəmər uşaqlarda kliniki və immunoloji göstəricilərin öyrənilməsi

Açar sözlər

lokal infeksiyalı iltihabi xəstəlik
sepsis
körpə yaşlı uşaq

Nasıl Atıf Yapılır

1.
Qurbanov H Əli, Məhərrəmova SH. Lokal infeksion iltihabi xəstəliklərdə və sepsisli südəmər uşaqlarda kliniki və immunoloji göstəricilərin öyrənilməsi. Azerb. J. Physiol. 2024;39(1). doi:10.59883/ajp.85

Xülasə

Məqalə sepsisli lokal-infeksiyalı-iltihabi xəstəlikli (LİİX)  südəmər  uşaqlarda  kliniki-immunoloji göstəricilərin öyrənilməsinə həsr  edilmişdir. Tədqiqatın gedişi zamanı üç yaş qrupun üzrə  487 xəstə və 40 sağlam körpə üşaqda kompleks kliniki- immunoloji müayinələr aparılmışdır.  Müəyyən edilmişdir ki, uşaqlarda südəmər yaş dövründə sepsisli LİİX inkişafında kliniki və immunoloji amillər vacib rol oynayir. Kliniki və immunoloji analizin məlumatlarına əsasən müəyyən edimişdir ki, LİİX  və sepsisin inkişafında orqanizmin allergizasiyasının inkişaf dərəcəsinin  səviyyəsində böyük rol oynayır. Humoral immunitetin fərdi göstəricilərinin təhlili göstərmişdir ki, qan zərdabında   IgA konsentrasiyası yalnız 5 xəstədə (29,4 %), IgM  isə 8 xəstədə (47,0 %) yaş normasının yuxarı həddindən yüksək olmuşdur, əksinə IgG səviyyəsi 5 xəstədə (29,4 %) normanın aşağı həddindən aşağı olmuşdur. Bu məlumatlar humoral immun cavabın məhdudluğunu göstərir. Qan zərdabında IgE konsentrasiyasının artması 10 xəstədə (58,8 %), DİK səviyyəsi   və onların ortamolekulyar komponentləri isə 11 (64,1 %) uşaqda yaş normasının yuxarı həddindən yüksək artması   müşahidə edilmişdir. Bu dəyişikliklər  CD8+ T-supressorlarının sayının artmasında və digər immunoloji göstəricilərin,   CD3+ (T-limfositlərin), CD4+ (T-helperlərin), CD14+ və CD16+ hüceyrələrin, həmçinin immuntənzimləyici indeksi və LBTR  (limfsitlərin blastotransformasiya reaksiyasının) azalmasında ifadə edilir. Eləcə də  südəmər uşaqlarda LİİX və sepsisin patogenetik mexanizminin inkişafında qanda kliniki və immunoloji markerlər vacib rol oynadığını göstərir. Beləliklə, alınan nəticələr uşaqlarda bronxoağciyər patologiyalarının inkişafının qiymətləndirilməsin də əlavə imkanlar yaradır. Öyrəndiyimiz bu göstəricılərin LİİX  və sepsisin inkişafında uşaqlarda  ağciyər xəstəlikləinin risk qrupunun formalaşmasının obyektiv kritetiyası da ola bilər.

https://doi.org/10.59883/ajp.85
Creative Commons License

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.

İndirmeler

İndirme verileri henüz mevcut değil.

Metrics

Metrics Loading ...