Elektromaqnit dalğalarının siçovulların neyroimmunoendokrin sisteminə təsiri

Açar sözlər

elektromaqnit dalğaları
dofamin
serotonin
kortizol
adrenokortikotrop hormon
tiroid hormon
interleykin

Nasıl Atıf Yapılır

1.
İsmayılov YB, Səlimli TA, İsmayılova AT, İskəndərova Z Şamil, İskəndərova Z Şamil. Elektromaqnit dalğalarının siçovulların neyroimmunoendokrin sisteminə təsiri. Azerb. J. Physiol. 2024;39(1). doi:10.59883/ajp.79

Xülasə

Məqalədə elektromaqnit dalğalarının (EMD) təsiretmə müddətindən asılı olaraq hipotalamusda və qanda monoaminlərin miqdarında, estradiolun, kortizolun, adrenokortikotrop hormonun (AKTH) və tiroid hormanların qandakı fəallığında və immun reaktivlikdə baş verən dəyişikliklərin öyrənilməsi məqsədilə aparılmış tədqiqat işinin nəticələri  təqdim edilmişdir.Təcrübələr 25 baş Vistar xəttindən olan dişi siçovul üzərində 5 qrupda aparılmışdır. Tədqiqatın məqsədindən asılı olaraq siçovullar 1 və 2 həftə xronik  şüalandırılmışdır. Tədqiqat göstərmişdir ki,şüalandırılmanın 1-ci həftəsindən sonra hipotalamusda və qanda dofaminin (DA) və noradrenalinin (NA) qatılığı kəskin azalır, 2-ci həftəsindən sonra isə bu markerlərin qatılığı  daha da aşağı  səviyyəyə enmişdir. Əksinə EMD-nın davametmə müddətindən asılı olaraq hipotalamusda və qanda serotoninin (5-OT) miqdarı artır.  Dofaminergik  və serotoninergik sistemlər arasındakı qarşılıqlı əlaqə mexanizmi pozulduğundan kortizolun,AKTH və estradiolun fəallığı artır, tiroid hormanların fəallığı isə azalır . Şüalanmanın təsirindən qanda iltihabtörədici interleykin İL-1β və İL-6-nin qatılığı artır, α -TNF səviyyəsi isə azalır. γ-İNF səviyyəsi iki fazalı dəyişir. 7-ci gündən sonra normadan 14,9%,p<0,05,kontrol qrupdan isə 21,9%, p<0,05 azalsa da,14-cü gündən sonra onun səviyyəsi 22,8%, p<0,05 və 10,2%,p <0,05  artır. Şüalandırılmanın hər iki həftəsində qanda iltihab əleyhinə təsir göstərən interleykin İL-4 və İL-10 qatılığı əhəmiyyətli dərəcədə azalır. EMD orqanizmin  immun cavabını təmin edən spesfik və qeyri-spesfik hüceyrələrin miqdarını müxtəlif istiqamətli dəyişdirir. Nəticələr göstərir ki, EMD orqanizmin neyroimmunoendokrin sistemində dərin pozulmalar yaradır.

https://doi.org/10.59883/ajp.79
Creative Commons License

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisanslanmıştır.

Telif Hakkı (c) 2024 Azerbaijan Journal of Physiology

İndirmeler

İndirme verileri henüz mevcut değil.

Metrics

Metrics Loading ...